“Bakı” - “Qarabağ” oyununun vaxtı dəyişdirildi
05.03.2009 - 13:04
“Bakı” - “Qarabağ” oyununun vaxtı dəyişdirildi
Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarının keçirilmə yeri və vaxtı açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu keçiriləcək üç qarşılaşmanın vaxtı dəyişdirilib.

Turun mərkəzi “Bakı” – “Qarabağ” matçı nəzərdə tutulan vaxtdan 2 saat gec başlayacaq. Bu isə “Qəbələ”ni məğlub edəcəyi halda, “İnter”in ən azı bir neçə saatlıq liderliyi qaytarmasına imkan verir. Bazar günü baş tutacaq matçlardan isə “Simurq” – “Neftçi” və “Standard” – “Karvan” oyunları daha gec başlayacaq. Bu matçların iştirakçıları nəzərdə tutulan vaxtdan 3 saat sonra meydana çıxacaqlar.

Turun digər 4 qarşılaşması isə əvvəldən planlaşdırılan vaxtda baş tutacaq.

7 mart, şənbə

15:00. "Turan" - MOİK

Tovuz şəhər stadionu

15:00. "Qəbələ" - "İnter"
Qəbələ şəhər stadionu

15:00. "Olimpik" - "Bakılı"
"Şəfa" stadionu

17:00. "Bakı" - "Qarabağ"
T.Bəhramov adına Respublika Stadionu

8 mart, bazar

15:00. "Muğan" - "Xəzər-Lənkəran"

Salyan Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Simurq" - "Neftçi"
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Standard" - "Karvan"
"Şəfa" stadionu
0