Kamran Ağayev Almaniyada qaldı
05.03.2009 - 13:07
Kamran Ağayev Almaniyada qaldı
Frankfurt şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan yığmasının bir futbolçusu milli komanda ilə bu gün axşam Bakıya qayıtmayacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komandanın qapıçısı Kamran Ağayev yığmanın düşərgəsini tərk edib. 23 yaşlı futbolçu almaniyalı məşqçi Olaf Yanssenlə birlikdə Münhen şəhərinə gedib. Səfərin məqsədi Kamranın bu şəhərdə müayinə və müalicə olunmasıdır.

Qeyd edək ki, Ağayev millinin martın 2-də başlayan hazırlıqlarına zədəli halda qatılmışdı.
0