Platini Moldovada kövrəldi
06.03.2009 - 10:43
Platini Moldovada kövrəldi
UEFA prezidenti Mişel Platini Şöhrət Ordeni ilə mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun başçısı bu ada Moldovada səfərdə olduğu müddətdə layiq görülüb. Buna qədər isə prezident orkestri Platini kimi nüfuzlu qonağın şərəfinə Fransanın himni olan “Marselyeza”nı çalıb. Bu, ötənlərin məşhur futbolçusunu kövrəldib. Avropa çempionu olan Platini bəyan edib ki, sonuncu dəfə onun şərəfini “Marselyeza” 1987-ci ildə Fransa yığmasının kapitanı olduğu vaxtda çalınıb.
0