Ferqyusson: Maurinyo, gəl çaxır içək
06.03.2009 - 10:48
Ferqyusson: Maurinyo, gəl çaxır içək
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyusson “İnter” klubunun çalışdırıcısı Joze Mourinyo ilə “vurmaq” istəyir. Apasport.az saytının məlumatına görə, şotland mütəxəssis Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra portuqaliyalı ilə içki süfrəsi arxasında söhbətləşmək arzusunu açıqlayıb.

Ferqyusson Mourinyonun hələ “Çelsi”də çalışdığı vaxt əsas rəqib kimi aralarında yaranan problemlərin artıq arxada qaldığını bildirib: “Mən artıq əla qırmızı çaxır qədəhi hazırlamışam. Çox xoşdur ki, Joze meydanda və ondan kənarda baş verənləri fərqləndirə bilir. Hər hansı matçda uduza və qarşılaşmadan sonra tam başqa mövzuda söhbət edə bilər. Məşqçilərin rəqib olduğu matçları və onların nəticələrini unudub ünsiyyət qurması çox yaxşı haldır”.

Qeyd edək ki, martın 11-də keçiriləcək “Mançester Yunayted” – “İnter” matçı Ferqyussonla Mourinyonun 14-cü dueli olacaq. Şotlandiyalı mütəxəssis indiyədək baş tutan qarşılaşmalarda yalnız bir dəfə qalib kimi ayrılıb.
0