“Olimpik” “Olimpik-Şüvəlan” oldu
06.03.2009 - 10:50
“Olimpik” “Olimpik-Şüvəlan” oldu
Bakının “Olimpik” klubunun adı dəyişdirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqədar Departamentindən apasport.az saytına verilən məlumata görə, ötən il Premyer Liqanın gümüş mükafatçısı olan komanda bundan sonra “Olimpik-Şüvəlan” adını daşıyacaq.

Paytaxt təmsilçisinin yeni mövsümdən bu ad altında çıxış etməsi nəzərdə tutulub. Artıq bununla bağlı klub rəhbərliyi tərəfindən AFFA-ya rəsmi müraciət edilib.

Qeyd edək ki, “Olimpik”in adına məhz Şüvəlanı əlavə etməsi təsadüfi deyil. Belə ki, komanda Bakının bu qəsəbəsində bazası, stadionu inşa edilir.
0