“Standard” – “Karvan” matçının taleyi necə olacaq?
06.03.2009 - 10:55
“Standard” – “Karvan” matçının taleyi necə olacaq?
Azərbaycan Premyer Liqasının XVII turunun 3 oyununun televiziya ilə canlı yayımlanacağı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu dəfə tamaşaçılar təkcə paytaxtda deyil, həm də bölgədə baş tutacaq görüşü izləmək imkanı qazanacaq.

Martın 7-də saat 15:00-da "Şəfa" stadionunda başlayacaq "Olimpik" - "Bakılı" qarşılaşması "İdman-Azərbaycan" kanalı ilə, iki saat sonra Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək "Bakı" - "Qarabağ" oyunu isə AzTV ilə canlı yayımlanacaq.

Bundan başqa AzTV bazar günü saat 18:00-da Zaqatalada keçiriləcək "Simurq" - "Neftçi" oyununu nümayiş etdirəcək. Eyni saatda "Şəfa" stadionunda başlanacaq "Standard" - "Karvan" matçının "İdman-Azərbaycan" kanalı ilə canlı yayımlanması gözlənilir. Bunun üçün kanalda efir vaxtı da ayrılıb. Bu məsələyə hələ ki, tam aydınlıq gəlməyib.
0