Maslaçenko: Artıq Azərbaycan da futbol oynamağı öyrənib
06.03.2009 - 11:19
Maslaçenko: Artıq Azərbaycan da futbol oynamağı öyrənib
“Rusiya milli komandasında kiçik qalaqurma edilməsini təklif edirəm. Qus Hiddinkin istefaya göndərib yerinə “Zenit”in çalışdırıcısı Dik Advokatı təyin etmək lazımdır. Yığma üzvlərinin təxminən yarısı onun komandasında oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın məşhur televiziya şərhçisi Vladimir Maslaçenko deyib.

Bu yaxınlarda AFFA-nın dəvəti ilə Bakıda olmuş veteran futbolçu Azərbaycan milli komandasının növbəti oyundakı rəqibi olan Rusiya yığmasında baş verənlərə münasibət bildirib.

Moskvanın “Spartak” klubunun sabiq qapıçısı martın 28-də keçiriləcək bu matça yanaşmanın düzgün olmadığını düşünür: “Rusiya Futbol İttifaqının Qus Hiddinkin “Çelsi”də çalışması məsələsindəki arsız siyasətinə biganə qala bilmirəm. Qus qaçaraq, Roman Abramoviçin qucağına getdi. Bizə deyirlər ki, qorxulu bir şey yoxdur, Hiddinkin İngiltərədə olduğu müddətdə hansısa Azərbaycan və Lixtenşteynlə oynayacağıq. Birincisi, belə mülahizə yürütmək qeyri sanballıdır. İkincisi, artıq hamı oynamağı öyrənib. Andorra ilə oyunu xatırlayın. Onda yarımçoban, yarımbankir və yarımispanları güclə məğlub etdik”.
0