Azərbaycanlı qapıçılar geriləyir
06.03.2009 - 12:22
Azərbaycanlı qapıçılar geriləyir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatlarda ən uzun quru seriyaya malik qapıçıların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 39 gün ərzində daha 5 əlcək sahibi sıralamaya daxil olub. “660” səddini keçən futbolçuların yer aldığı siyahıda futbol tarixi ərzində qapıçıların göstərdiyi 418 nəticə yer alıb.

Bu “418-liy”ə daxil olanlardan üçü 1000 dəqiqə həddini aşa bilib. Edvin van den Sar (“Mançester Yunayted”) 1311 dəqiqə ilə dünyada 6-cı, Stoyko Yordanov (“Levski”) 1202 dəqiqəlik seriya ilə 12-ci pilləyə, Robert Klark (“Aberdin”) 1155 dəqiqə ilə 16-cı pilləyə sahib çıxıb ki, bu da Azərbaycan rekordçusu Nizami Sadıqovun üç addım geriləyərək, 22-ci sıraya düşməsinə səbəb olub.

Braziliyalı Geraldo Pereyra de Matos Filyonun 31 illik rekordunu hələ də qıran olmadığından “Vasko da Qama”nın sabiq qapıçısı hələ də birinci yerdədir – 1816 dəqiqə. Üçüncü olan belçikalı Danni Verlinden (1390) isə Avropa rekordçusudur.

İlk “onluq”

1. Geraldo Pereyra de Matos Filyo "Mazaropi (“Vasko da Qama”, Braziliya) – 1816
2. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1442
3. Dani Verlinden (“Brügge”, Belçika) - 1390
4. Joze Mariya Buljubasiç (“Universidad Katolika”, Argentina) - 1352
5. Tabet Əl-Bətəl (“Nasyonal”, Misir) – 1325
6. Edvin van der Sar (“Mançester Yunayted”, İngiltərə) – 1311
7. Əssam Əl-Hadari (“Nasyonal”, Misir) – 1288
8. Abel Resino Gomes (“Atletiko”, İspaniya) – 1275
9. Qaetan Huar (“Bordo”, Fransa) – 1266
10. Armelino Donizete Quagliano „Zetti“ (“Palmeyras”, Braziliya) – 1242

İFFHS-in siyahısında Azərbaycan Premyer Liqasında qeydə alınan 13 göstərici də yer alıb. Onlardan 10-u yerli, üçü əcnəbi qapıçıların hesabındadır. Lakin bu nəticələrdən yalnız 4-ü ilk “100-lüy”ə daxil olur. Azərbaycan futbolunun daha bir yetirməsi Kiyevin “Dinamo” klubunda 1100 dəqiqə qol buraxmayan Yuri Romenskinin seriyası isə 24-cüdür. Qeyd edək ki, qapıçılarımızın hamısı yanvarın 26-da açıqlanan siyahı ilə müqayisədə mövqelərini əldən verib.

Premyer Liqanın İFFHS-dəki təmsilçiləri

22. Nizami Sadıqov (“Turan”) – 1106
51. Xalidu Sissoko (“Bakı”) – 985
54. Xalidu Sissoko (“Bakı”) - 971
57. Camaləddin Əliyev (“Qarabağ”) – 958
65. Elxan Həsənov (“Neftçi”) – 943
150. Dmitri Kramarenko (“Karvan”) – 798
182. Dmitri Kramarenko (“Neftçi”) – 772
219. Rauf Mehdiyev (“Olimpik”) – 746
222. Elşən Poladov (“Bakı”) – 744
225. Nadir Şükürov (“Dinamo”) – 741
241. Aleksandr Martyoşkin (“Xəzər-Lənkəran”) - 735
320. Camaləddin Əliyev (“Qarabağ”) – 700
377. Rauf Mehdiyev (“Olimpik”) – 676
0