“Bakı” öndə, “İnter”lə “Simurq” pusquda, “Turan” həsrətdə
06.03.2009 - 12:36
“Bakı” öndə, “İnter”lə “Simurq” pusquda, “Turan” həsrətdə
Sabah Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 30 aylıq fasilədən sonra liderliyə yüksələn “Bakı”nı evdə çətin sınaq gözləyir. Mükafatlara iddialı “Qarabağ” ötən həftə öz meydanında “Standard”a məğlubiyyətin əvəzini paytaxtın eyni adlı komandasından çıxmağa çalışacaq.

Ancaq nəzərə almaq lazımdır ki, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin yetirmələri ikinci dövrədə qələbələri sıralamaqla yanaşı, bir qol belə buraxmayıb. Onun Makedoniya yığmasını çalışdırdığı dövrdə rəhbərliyi altında oynamış Artim Şakirinin “Qarabağ”ın formasını geyindiyini nəzərə alsaq, müəlliminə rəqib olacaq. “Bakı” ilə “Qarabağ” arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda sonuncu qol üç il əvvəl – 2006-cı il martın 12-də qeydə alınıb.

“Bakı”nın büdrəməsini liderliyi qaytarmaq iddiasında olan “İnter” gözləyir. Ancaq çempion ardıcıl ikinci görüşdə xal itkisindən sığortalanmayıb. Hər halda, “bankirlər” indiyədək “Qəbələ” ilə səfər matçlarında qələbə üzünə həsrət qalıb və ilk dövrədə həmişə bu uğursuz ənənə davam edib. İkinci dövrədə uğurla çıxış edən qəbələlilər hələ uduzmayıb.

Paytaxt təmsilçilərinin çətin sınaq qarşısında qalması, “Simurq”un liderliyə yüksəlmək şansını artırır. Düzdür, zaqatalalılar indiyədək məğlub edə bilmədiyi “Neftçi” ilə qarşı-qarşıya gələcək. Ancaq hazırda qüvvələr nisbəti dəyişib və evdə uğurla çıxış edən “Simurq” flaqmanla oyuna favorit qismində çıxacaq. “Neftçi”nin “Simurq”a icarəyə verdiyi millimizin yarımmüdafiəçisi Aleksandr Çertoqanov cəzalı olduğu üçün keçmiş komandasına qarşı oynamayacaq.

Ötən turda olduğu kimi, autsayderlərin görüşü də diqqət mərkəzində olacaq. “Muğan”a uduzan (1:2) “Turan” nəhayət, cari mövsümdə ilk qələbəsini qazanmalıdır. Hər halda, Tovuzda MOİK üzərində də qələbə qazanılmasa, Premyer Liqada qalmaq işi çox çətin olacaq.

7 mart

15:00. "Turan" - MOİK

Baş hakim: Elçin Məmmədov
Tovuz. Şəhər stadionu

15:00. "Qəbələ" - "İnter"
Baş hakim: Fariz Yusifov
Qəbələ. Şəhər stadionu

15:00. “Olimpik” – “Bakılı”
Baş hakim: Elçin Səmədli
Bakı. “Şəfa” stadionu

17:00. "Bakı" - "Qarabağ"
Baş hakim: Babək Quliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

8 mart

15:00. "Muğan" - "Xəzər-Lənkəran"

Baş hakim: Anar Salmanov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Simurq" - "Neftçi"
Baş hakim: Azad Mütəllimov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Standard" - "Karvan"
Baş hakim: Rövşən Əhmədov
Bakı. "Şəfa" stadionu

Turnir cədvəli

 

komandalar

o

q

h

m

t

x

1

Bakı

16

12

2

2

37-6

38

2

İnter

16

11

4

1

31-9

37

3

Simurq

16

11

4

1

25-10

37

4

Xəzər-Lənkəran

16

10

3

3

30-12

33

5

Qarabağ

16

9

3

4

23-16

30

6

Olimpik

16

8

4

4

18-12

28

7

Karvan

16

8

2

6

20-14

26

8

Standard

16

7

2

7

14-17

23

9

Qəbələ

16

5

4

7

19-14

19

10

Neftçi

16

4

5

7

13-14

17

11

Bakılı

16

2

3

11

11-41

9

12

Muğan

16

2

2

12

11-31

8

13

MOİK

16

1

2

13

8-35

5

14

Turan

16

0

4

12

4-33

4



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 11, Amiran Muciri (“Bakı”) - 10
0