Sissoko “Qarabağ”la matçda qol buraxmasa, ikinci olacaq
06.03.2009 - 16:17
Sissoko “Qarabağ”la matçda qol buraxmasa, ikinci olacaq
Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la qarşılaşacaq “Bakı” klubunun qapıçısı Xalidu Sissoko 2009-cu ildə qol buraxmayıb. Apasport.az saytının hesablamalarına görə, hazırda davam etməkdə olan quru seriyalar arasında çempionatda birinci olan seneqallı 405 dəqiqədir qapısının toxunulmazlığını saxlayır.

Sonuncu dəfə birinci dövrənin “Simurq”la matçında qol buraxan Sissoko hələlik mövsümün üçüncü göstəricisinə malikdir. Premyer Liqanın startından yalnız Vladimir Miçoviç (“Neftçi”) və Dmitri Kramarenko (“Xəzər Lənkəran”) daha uzun seriyaya imza atıb. Müvafiq olaraq 521 və 415 dəqiqəlik nəticəyə malik bu futbolçular artıq göstəricilərini yaxşılaşdıra bilməz. Xalidu isə artıq “Qarabağ”la oyunda ikinci pilləyə qalxa bilər.

Qeyd edək ki, “Bakı”nın qapıçısı indiyədək iki dəfə Azərbaycan rekorduna imza atmağa yaxın olsa da bir dəfə 985, bir dəfə 971-də dayanıb.
0