“Qarabağ” “Neftçi”yə şans yaratdı
06.03.2009 - 17:42
“Qarabağ” “Neftçi”yə şans yaratdı
Premyer Liqa klublarının əvəzedici komandaları arasında Azərbaycan çempionatında XVII tura start verilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Ağdamın “Qarabağ” klubunun əvəzediciləri mövsümdə ilk məğlubiyyətini alıb. Çempionatın startından liderliyi ələ alan ağdamlılar “Bakı” ilə səfər matçında minimal hesabla uduzub. Ardıcıl ikinci dəfə xal itirən “Qarabağ” yenə “Neftçi”yə lider olmaq şansı yaradıb. Belə ki, sabah “Simurq”un qonağı olacaq flaqman bir neçə gün əvvəl “Bakı”nı məğlub etməklə zirvəyə yüksələ bilərdi. Həmin qarşılaşma isə qolsuz heç-heçə ilə nəticələndi. Hazırda “Qarabağ”ın 38, bir oyun az keçirən “Neftçi”nin 37 xalı var. Bir həftəyə hər iki lideri büdrədən “Bakı”nın 32 xal toplayıb. Bu gün keçirilən digər qarşılaşmalarda “Turan” MOİK-i 3:1, “Qəbələ” “İnter”i 2:1 hesabı ilə məğlub edib. “Olimpik” – “Bakılı” görüşündə qapılara qol vurulmayıb.
0