“Tofiq Bəhramov adına stadion təhlükə mənbəyidir”
06.03.2009 - 18:19
“Tofiq Bəhramov adına stadion təhlükə mənbəyidir”
“Bakı” ilə oyunun keçiriləcəyi stadionun durumu futbolçuların həyatı üçün təhlükə yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun məşqçisi Mehmet Ak deyib.

Türkiyəli çalışdırıcı Azərbaycan Premyer Liqasının XVII turunun “Bakı” – “Qarabağ” qarşılaşmasının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsindən narahatdır. Sabahkı matç ərəfəsində iki dəfə bu arenada məşq edən “Qarabağ”ın türkiyəli məşqçisi gördüklərindən narazı qalıb: “Stadionun təmir olunmasını anlayışla qarşılayırıq. Bütün proseslər ən yaxşısını etməyə yönəlib. Qaçış cığırlarının beton olması, təhlükə mənbəyidir. Düzdür, deyirlər üstünə rezin qat örtəcəklər. Hər halda, futbolçuların isinmə hərəkəti etməsi üçün ərazi yoxdur”.

Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu sabah saat 17:00-da başlayacaq.
0