Futbolçular paxlavanı necə yeyir? - FOTO
06.03.2009 - 18:24
Futbolçular paxlavanı necə yeyir? - FOTO
Azərbaycan Premyer Liqasının XVII turunda “Bakı”nın qonağı olacaq Ağdamın “Qarabağ” klubu son məşqini Respublika stadionunda keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanovun yetirmələri bir saat bu arenada hazırlıq keçib. Sabahkı oyunda “Qarabağ”ın bu stadionu nə ilə tərk edəcəyi bilinməsə də, bu gün ağdamlılar Respublika stadionundan əliboş ayrılmayıb. Belə ki, komandasının məşqini izləməyə gələn azarkeşlər sevimli komandasının üzvlərinə paxlava paylayıb.
0