Rasim Əliyev: Tezliklə autsayderlər qrupundan uzaqlaşacağıq
07.03.2009 - 18:30
“Komandamın sərgilədiyi oyundan razı qaldım. Nəticə də bizi tam qane edir. Uşaqlar verdiyim tapşırıqların hamısını dəqiqliklə yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bunu MOİK-lə oyunsonrası mətbuat konfransında “Turan”ın baş məşqçisi Rasim Əliyev deyib.
O, əvvəlki qarşılaşmalarda məğlub olmalarını futbolçuların bir-birinə uyğunlaşmaması ilə bağlayıb: “Əvvəlki oyunlarda uduzmağımız uşaqların bir-birinə uyğunlaşmamasıyla bağlı idi. Artıq bu problem aradan qalxıb. Yetirmələrim bu oyunda nəyə qadir olduqlarını göstərdilər. İnanıram ki, qarşıdakı oyunlarda da bugünkü kimi gözəl çıxış edərək, autsayderlər qrupundan tezliklə uzaqlaşacağıq”.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0