Əsgər Abdullayev: Belə komandalara erkən qol vurmaq lazımdır
07.03.2009 - 19:59
Əsgər Abdullayev: Belə komandalara erkən qol vurmaq lazımdır
“Bilirdik ki, rəqib meydana heç-heçə üçün çıxacaq. Bu tip komandalara qarşı gərək erkən qol vurasan. Ona görə də, futbolçulara tapşırıq vermişdim ki, çalışıb tez qol vurmaq lazımdır. Əks halda, ikinci hissədə işimiz çətin olardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakılı” üzərində qazanılan böyük hesablı qələbədən sonra “Olimpik”in baş məşqçisi Əsgər Abdullayev deyib.

Premyer Liqanın XVII turunu 3 xalla başa vuran “Olimpik”in çalışdırıcı bildirib ki, matçın nəticəsini ilk 10 dəqiqədə həll ediblər: “İlk 10 dəqiqədə iki qol vurub istəyimizə çatdıq. Sonra arxaya çəkildik ki, rəqib tam açılsın və onları əks-hücumda yaxalayaq. Amma rəqib buna getməsə də, daha iki top vurub, böyük hesablı qələbə qazandıq”.
0