“Qarabağ” belə oynasa...
07.03.2009 - 20:01
“Qarabağ” belə oynasa...
“Bizim üçün çox çətin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevskiyə məxsusdur.
Premyer Liqanın XVII turunun mərkəzi görüşündə “Qarabağ” üzərində qələbə (1:0) qazanmaqla, zirvədəki mövqeyini qoruyan “Bakı”nın makedoniyalı çalışdırıcısı matçdan sonra keçirilən mətbuat konfransında rəqib komandanı tərifləyib.

“Qarabağ” yaxşı oyun nümayiş etdirən komandlardan biridir. Ən azı beş futboçusu yığmada oynayır və oynamağa layiqdir. İlk hissədə taktiki cəhətdən ağıllı oynadılar. Bunun da nəticəsi idi ki, cinahlarda futbolçularımız irəli gedə bilmirdilər. Üstəlik, ilk yarıda 4 real qol vəziyyətimiz oldu. Amma Fərhad Vəliyev sevinməyimizə imkan vermədi” – deyə Hacıyevski bildirib.

Makedoniyalı mütəxəssisin fikrincə, ikinci hissədə həm taktiki cəhətdən, həm də etdiyi futbolçu dəyişikliyi faydalı olub. Bu dəyişikliklərin qələbələrinə kömək etdiyini vurğulayan Hacıyevski vurğulayıb ki, “Qarabağ” belə oynasa, çox az komanda onlara qalib gələ bilər.
0