Azərbaycanda oynamış futbolçu “Ararat”la müqavilə bağladı
10.03.2009 - 11:05
Vaxtilə Azərbaycanda oynamış futbolçu karyerasını Ermənistanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, “Qəbələ” klubunun sabiq müdafiəçisi Georgi Krasovski İrəvan “Ararat”ına keçib. 28 yaşlı müdafiəçi baxışdan uğurla keçdikdən sonra yeni komandası ilə iki illik müqavilə imzalayıb. Bir müddət əvvəl braziliyalı futbolçulardan imtina edən “Ararat” bu oyunçuların əvəzinə Krasovski də daxil olmaqla, üç gürcüstanlı transfer edib.
Qeyd edək ki, Krasovski 2006/07 mövsümünün ikinci dövrəsində “Qəbələ” hələ “Gilan” adlandığı vaxt bu komandada oynayıb. Bundan başqa, o, “Kolxeti” (Gürcüstan), “Tavriya” (Ukrayna) və “Əndican”ın (Özbəkistan) da şərəfini qoruyub.

- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Super Liqa klubunun prezidenti və 3 hakim həbs edilib
0
0