Yığmamızın oyununu idarə edən hakim səhvini etiraf edib
10.03.2009 - 13:16
Azərbaycan yığmasının oyununu idarə etmiş Peter Verveken kuryoz hadisənin qəhrəmanı olub. Apasport.az saytının məlumatına görə, 42 yaşlı FİFA hakimi Belçika çempionatında idarə etdiyi “Gent” – “Tubize” görüşündə qonaqların qapıçısı Nikolya Arduendən təyin etdiyi penalti zərbəsini dəf etməyi xahiş edib.
Qapıçının sözlərinə görə, Verveken 11 metrlik cərimə zərbəsi ilə bağlı çıxardığı qərarın səhv olduğunu etiraf edib. O, həm günahını yumaq, həm də haqq-ədaləti bərpa etmək üçün bu yolu seçib. Ancaq Arduen penaltini dəf edə bilməyib və komandası 0:2 hesabı ilə uduzub.
Verveken qapıçının dediklərini təkzib edib. O, iddia edir ki, Arduendən penalti yerinə yetirilməmişdən öncə qapı xəttini tərk etməməyi xahiş edib.
Qeyd edək ki, Verveken 21 yaşlılardan yığma komandamızın 2004-cü ilin sentyabrın 7-də avstriyalı həmyaşıdları ilə səfərdə böyük hesabla uduzduğu (0:3) rəsmi oyunu idarə edib. Həmin matçda yığmamızın baş məşqçisi Vaqif Sadıqov olub və belçikalı üç futbolçumuza sarı vərəqə göstərib.

- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
0
0