AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının tarixi açıqlandı
10.03.2009 - 18:07
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının tarixi açıqlandı
AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasının keçiriləcəyi tarix bəlli olub. Apasport.az saytının məlumatına görə, İK-nın növbəti toplantısı martın 16-da saat 10:00-da assosiasiyanın inzibati binasında keçiriləcək. Gündəliyə AFFA-dan təqaüd alan veteran futbolçuların siyahısına əlavələr edilməsi və digər məsələlər daxildir. Həmin gün İK-nın iclasından bir saat sonra, 11:00-da isə AFFA-nın Nizamnaməsinə uyğun olaraq, növbəti konfrans keçiriləcək. Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın illik hesabatı
2. Maliyyə hesabatı
3. Müstəqil auditorun hesabatı
4. Növbəti ilin büdcəsinin təsdiqi
5. Premyer Liqanın yeni sistemdə keçirilməsinin müzakirəsi
6. Lisenziyalaşdırma komissiyasının tərkibində dəyişikliyin edilməsi
7. Digər məsələlər
0