“Subaşiçdən fərqli, 8 martda hamı məni təbrik etdi”
11.03.2009 - 11:00
“Subaşiçdən fərqli, 8 martda hamı məni təbrik etdi”
“Məni 8 martda dünyanın müxtəlif şəhərlərindən təbrik edənlər oldu. Ancaq onlar arasında Branimir Subaşiç yox idi. Belqraddan mənə təbrik zəngi gəlmədi”. Bunu apasport.az saytına açıqlamasında azərbaycanlı top-model Validə Abbasova deyib.

Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçlə uzun müddətdir dostluq edən Abbasova bildirib ki, serb futbolçudan Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik almayıb. Bunu normal qarşılayan top-modelin sözlərinə görə, “Srvena Zvezda”da oynayan Subaşiçdən heç təbrik zəngi gözləmirmiş: “Hər halda, onun nə həyat yoldaşı, nə də sevgilisiyəm. Biz sadəcə, dostuq. Branimirin məni zəng edib təbrik etməməyi nəyinsə göstəricisi deyil. Amma 8 mart Dostlar Günü olsaydı, məni mütləq təbrik edərdi”.
0