Azərbaycan yığmasının rəqibi çətin vəziyyətə düşə bilər
11.03.2009 - 10:54
Azərbaycan yığmasının rəqibi çətin vəziyyətə düşə bilər
2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqiblərindən olan Lixtenşteyn yığması çətin vəziyyətə düşə bilər. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Hans Peter Zauq yığmanın gələcəyindən narahatdır. İki ildir Lixtenşteyn millisində çalışan isveçrəli mütəxəssis Avropanın ən zəif komandalarından olan yetirmələrinin bundan da pis aqibətlə üzləşməsindən çəkinir: “Əgər nə vaxtsa təcrübəli Mario Frikin xidmətindən məhrum olsaq və həmin anadək ona əvəzləyici yetişdirməsək, bizi çox çətin günlər gözləyir. Hücum planında oynayan futbolçunun liderlik keyfiyyətlərini nümayiş etdirməsini istəyirik. Frikin əvəzləyicisi gözü ilə Mişel Polverinoya baxırıq. Lakin o meydanda özünü qeyri-fəal aparır”.

Qeyd edək ki, Lixtenşteyn yığmasının ən məhsuldar oyunçusu və hamıdan çox matç keçirən Frik İtaliyanın “Syena” klubunda çıxış edir.
0