“Real”ın avrokuboklarda böyük hesablı məğlubiyyətləri
11.03.2009 - 11:22
“Real”ın avrokuboklarda böyük hesablı məğlubiyyətləri
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərədə “Liverpul”a 0:4 hesabı ilə uduzan İspaniyanın “Real” klubu tarixinin ən acınacaqlı nəticələrindən birinə imza atıb. Apasport.az saytının hesablamalarına görə, Madrid təmsilçisi avrokuboklar tarixində yalnız iki dəfə daha ağır məğlubiyyətə üzülüb. Sonuncu dəfə 20 il əvvəl “Milan”a beş top fərqi ilə yenilən “Real” “Kayzerslautern”lə matçda da 0:5-ə məyus olub. İndiki kimi, madridlilər rəqibinin 4 top üstün olmasına da nadir hallarda imkan verib. Ümumilikdə, qitə kuboklarında keçirdiyi 413 qarşılaşmada 108 dəfə uduzan ispaniyalılar cəmi 14 dəfə meydanı böyük hesablı yenilgi ilə tərk edib. Bunların az qala yarısı – 6-sı almanların hesabındadır.

14 böyük hesablı məğlubiyyətdən bəziləri “Real”ın ümumi hesabdakı üstünlüyünə təsir etməyib. Onlar ya ilk oyunda daha fərqli nəticəyə sevindikləri, ya da cavab qarşılaşmasında əvəzini artıqlaması ilə çıxdığı üçün bu biabırçı hesabların bəzilərini unutdurub. Hətta belə üzüntülərin yaşandığı mövsümlərin üçündə - 1956, 1985 və 2000-ci illərdə “Real” kubokun sahibi olub: iki dəfə Çempionların mübarizəsində, 24 il əvvəl isə UEFA kubokunda.

“Real”ın avrokuboklardakı böyük hesablı məğlubiyyətləri

1955/56 “Partizan” (Serbiya) 0:3 (ilk oyun – 4:0)
1964/65 “Benfika” (Portuqaliya) 1:5 (cavab oyunu – 2:1)
1975/76 “Derbi Kaunti” (İrlandiya) 1:4 (cavab oyunu - 4:1, penaltilərlə 6:5)
1979/80 “Hamburq” (AFR) 1:5 (ilk oyun – 2:0)
1981/82 “Kayzerslautern” (AFR) 0:5 (ilk oyun – 3:1)
1984/85 “Anderlext” (Belçika) 0:3 (cavab oyunu – 6:1)
1985/86 “Borussiya” (M, AFR) 1:5 (cavab oyunu – 4:0)
1986/87 “Bavariya” (AFR) 1:4 (cavab oyunu – 1:0)
1988/89 “Milan” (İtaliya) 0:5 (ilk oyun – 1:1)
1992/93 PSG (Fransa) 1:4 (ilk oyun – 3:1)
1999/2000 “Bavariya” (Almaniya) 1:4 (qrup mərhələsində)
2004/05 “Bayer” (L, Almaniya) 0:3 (qrup mərhələsində)
2005/06 “Lion” (Fransa) 0:3 (qrup mərhələsində)
2008/09 “Liverpul” (İngiltərə) 0:4 (ilk oyun – 0:1)
0