Valentin Xodukin ayağını niyə çəkir?
13.03.2009 - 00:02
Valentin Xodukin ayağını niyə çəkir?
Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin zədələnib. Bu barədə apasport.az saytına Xodukinin özü məlumat verib. Onun sözlərinə görə, dünən “Şəfa” stadionunda keçirilən məşq prosesi zamanı xəsarət alıb: “Məşq zamanı mən də meydanda oluram. Bu zaman ayağımdan yüngül zədə aldım. Həkimə göstərdim və hər şey qaydasındadır”.

Artıq dörd ildir ölkəmizdə “İnter” klubunda çalışan Xodukinin yeriyərkən axsaması hamının diqqətinin cəlb edir. Ukraynalı məşqçi hələ futbol oynadığı vaxtda zədə ilə bağlı ciddi problemlə üzləşdiyini söyləyib: “Sol ayağımdan xəsarət almışdım. “Meniska” ilə bağlı problemim olmuşdu. Cərrahiyyə əməliyyatına məruz qaldım. Aldığım zədə tam aradan qalxmadı və buna görə indinin özündə də axsayıram. Onu nəzərə almaq lazımdır ki, mən oynadığım vaxtda tibb sahəsi indiki kimi inkişaf etməmişdi. Məhz bu amilin təsiri böyük oldu”.
0