Maurinyo azarkeşə yumruq atdı!
12.03.2009 - 18:53
Maurinyo azarkeşə yumruq atdı!
Çempionlar Liqasının 1/8 finalında mübarizəni dayandırması İtaliyanın “İnter” klubunun baş məşqçisi Joze Maurinyoya pis təsir göstərib. Apasport.az saytının məlumatına görə, İngiltərədə yerli “Mançester Yunayted”lə görüşün ardından portuqaliyalı çalışdırıcı bir azarkeşlə mübahisəyə girişib.

Hadisə “İnter”in avtobusunun yanında baş verib. Maurinyonun hansı komandaya azarkeşlik etdiyi məlum olmayan şəxslə sözləri çəp gəlib. Nəticədə əsəblərini cilovlaya bilməyən xarizmatik mütəxəssis fanata yumruq atıb.

Faktla bağlı Mançester şəhər polisi araşdırmalara başlayıb.

Qeyd edək ki, “İnter” iki oyunun nəticəsinə görə “Mançester Yunayted”ə məğlub olaraq, yarışla erkən vidalaşıb (0:0; 0:2).
0