Rusiya - Azərbaycan oyununa bilet sifariş et!
12.03.2009 - 19:10
Rusiya - Azərbaycan oyununa bilet sifariş et!
Rusiyanın tanınmış “championat.ru” İnternet saytı yığmanın Azərbaycan milli komandası ilə Moskvada keçirəcəyi rəsmi oyunla bağlı kompaniyaya başlayıb. Apasport.az saytının məlumatına görə, sayt rəhbərliyi martın 28-də “Lujniki” stadionunda baş tutacaq görüşə bilet xidməti təklif edir.

Kampaniyanın adı belədir: “Rusiya - Azərbaycan oyununa bilet sifariş et”. Saytın oxucuları 16 gün sonra keçiriləcək matça biletləri İnternet vasitəsilə onlayn sifariş edə bilərlər. Bu, saytın biletlərin bronlaşdırılması xidməti səhifəsində reallaşdırılır. “Lujniki”nin A, C, həmçinin VİP tribunalara biletlər sifariş etmək mümkündür.

Rusiya - Azərbaycan oyununa baxmaq istəyənlər Moskva və Moskvaətrafı vilayətdə yaşayırsa, onların bileti kuryer vasitəsilə yaxın vaxtda çatdırılacaq.
0