“Qalatasaray” Hamburqdan sərfəli nəticə ilə döndü
13.03.2009 - 10:28
“Qalatasaray” Hamburqdan sərfəli nəticə ilə döndü
UEFA kubokunun 1/8 final mərhələsində ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlar meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib. Belə ki, səkkiz qarşılaşmanın yalnız ikisində qonaqlar məğlub olmayıb.

Səfərdə qənaətbəxş nəticə əldə edən bu iki komandadan biri “Qalatasaray”dır. Türkiyə təmsilçisi təxminən 40 dəqiqə azlıqda oynadığı görüşdə “Hamburq”la qollu heç-heçəyə nail olub. Əmrə Aşıkın qırmızı vərəqə aldığı görüşdən sonra istanbullular Almaniya təmsilçisi ilə dueldə daha şanslı sayılır.

Öz meydanında qələbəyə sevinən 6 komandadan yalnız ikisi nisbətən inamlı nəticəyə imza atıb. Belə ki, qitə kuboklarında İtaliyanın sonuncu nümayəndəsi “Udineze” “Zenit”i, “Mançester Siti” isə “Olborq”u iki cavabsız qolla üstələyib. Apenninlilər UEFA kubokunun son qalibinin müqavimətini yalnız son 6 dəqiqədə qıra bilib. İngilislər isə Danimarka təmsilçisi ilə görüşün ilk yarım saatında matçın taleyini həll edib.

Digər 4 qarşılaşmada isə minimal hesabla uduzan qonaqlar cavab oyunu ərəfəsində ¼ final şansların saxlayıb.


UEFA kuboku, 1/8 final, ilk oyunlar

“Dinamo” (Kiyev, Ukrayna) – “Metallist” (Ukrayna) - 1:0
Vukoyeviç, 54

MOİK (Rusiya) – “Şaxtyor” (Ukrayna) - 1:0
Vaqner Lav, 50-pen.

“Udineze” (İtaliya) – “Zenit” (Rusiya) - 2:0
Kvalyarella, 85; Di Natale, 90-pen.

“Mançester Siti” (İngiltərə) – “Olborq” (Danimarka) - 2:0
Kaysedo, 8; Rayt-Filips, 30

“Hamburq” (Almaniya) – “Qalatasaray” (Türkiyə) - 1:1
Yansen, 50 – Ayhan Akman, 33

“Verder” (Almaniya) – “Sent-Etyen” (Fransa) - 1:0
Naldo, 20

“Marsel” (Fransa) – “Ayaks” (Hollandiya) - 2:1
Ben Şeyru, 19; Nyanq, 33 – Suares, 36-pen.

PSJ (Fransa) – “Braqa” (Portuqaliya) - 0:0

Cavab oyunları gələn həftə baş tutacaq.
0