“Bakı” - “Xəzər-Lənkəran” oyununda hakim səhvi olub
13.03.2009 - 12:17
“Bakı” - “Xəzər-Lənkəran” oyununda hakim səhvi olub
Azərbaycan kubokunun ¼ final mərhələsinin cavab oyunlarını idarə edən hakimlərin qiymətləri açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, sabiq FİFA hakimi İmanxan Sultani kubok qarşılaşmalarında hamıdan aşağı qiymət alıb. “Bakı” – “Xəzər-Lənkəran” görüşünün dördüncü hakiminin işindəki qüsurlar onun “7”yə layiq görülməsinə səbəb olub. Baş hakimlər arasında isə Anar Salmanov geri qalıb. FİFA hakimi Vüsal Əliyev isə hamıdan yüksək qiymət alıb.

11 mart, çərşənbə

"Simurq" - "İnter"

Baş hakim: Anar Salmanov - 7,9
Hakim köməkçiləri: Mehman Mahmudov - 7,9, Azər Məmmədov - 7,9, Əfqan Həmzəyev - 8,0

"Olimpik" - "Qəbələ"
Baş hakim: Zöhrab Qədiyev - 8,1
Hakim köməkçiləri: Aydın Ələkbərov - 8,0, Munis Abdullayev - 8,0, Ceyhun Haşımov - 8,0

"Bakı" - "Xəzər-Lənkəran"
Baş hakim: Fariz Yusifov - 8,1
Hakim köməkçiləri: Azad Q.Hüseynov - 8,0, Ilham Əliyev - 8,0, İmanxan Sultani - 7,0

12 mart, cümə axşamı

"Neftçi" - "Qarabağ"

Baş hakim: Vüsal Əliyev - 8,2
Hakim köməkçiləri: Roman Vasilyev - 8,0, Eldar Nağıbəyov - 8,0, Rövşən Əhmədov - 8,0
0