“Bakı” zirvəyə revanşla qayıtdı
15.03.2009 - 18:25
“Bakı” zirvəyə revanşla qayıtdı
Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turunun nəticələri də lideri dəyişməyib. Belə ki, “Bakı” ilk dövrədə böyük hesabla uduzduğu (0:3) “Karvan”ı Yevlaxda çətinliklə olsa da yenə bilib. Milli komandamızın da üzvü olan braziliyalı Fabio Luis Ramimin görüşün sonuna yaxın vurduğu qol “İnter”in bir günlük liderliyinə son qoyub.

“İnter”in isə “Simurq”u çempionatda məğlub etmək ənənəsi yenə davam edib. Zaqatala təmsilçisi Premyer Liqada ardıcıl ikinci məğlubiyyəti almaqla, “Xəzər-Lənkəran”ı turnir cədvəlindən özündən irəli buraxıb. Bununla, ikinci dövrədə ilk “üçlük” tərkibinə görə dəyişib. “Qarabağ” ölkə kubokunu da nəzərə alsaq, ardıcıl 4 oyundur nə qələbə qazanır, nə də qol vurur. Son üç turda 8 xal itirən Ağdam təmsilçisi liderdən artıq 13 xal geridədir. “Qəbələ” isə ilk dəfə “Qarabağ”la görüşdə xal qazanıb. Qələbə seriyasını artıq üç oyuna çatdıran “Standard” mükafatçılar sırasına düşmək şansını saxlayır.

Turnir cədvəlinin autsayderlər qrupunda da gərgin mübarizə davam etməkdədir. MOİK “Turan”ın ardınca “Muğan”a da uduzmaqla, demək olar Premyer Liqada qalmaq şansını itirib. “Turan” isə “Neftçi” ilə səfər oyununda vacib xal qazanmaqla, aşağı pillələrdə mübarizəyə bir qədər də rəng qatıb. Artıq Tovuz təmsilçisinin “Bakılı” ilə xal fərqi minimuma enib və bu komandaların öz aralarında şəxsi oyunu qalıb.


14 mart


"İnter" - "Simurq" - 2:1

Baş hakim: Əfqan Həmzəyev
Hakim köməkçiləri: Orxan Məmmədov, İlham Əliyev, Elçin Səmədli
Bakı. “Şəfa” stadionu
QOLLAR: Elvin Məmmədov, 23, Velton, 65 - Ramil Sayadov, 59


"Xəzər-Lənkəran" - "Olimpik" - 0:0
Baş hakim: Vüsal Əliyev
Hakim köməkçiləri: Əliyar Ağayev, Emil İsgəndərov, Elnur Muradov
Lənkəran. Mərkəzi şəhər stadionu


15 mart

"Qarabağ" - "Qəbələ" - 0:0

Baş hakim: Rövşən Əhmədov
Hakim köməkçiləri: Samir Hacıyev, Səbuhi Əmrahov, Əli Əliyev
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu


"Bakılı" - "Standard" - 0:2
Baş hakim: Elçin Məmmədov
Hakim köməkçiləri: Habil Əliyev, Həsən Babayev, Rasim Məmmədov
Bakı. Zabrat qəsəbə stadionu
QOLLAR:: Zeynal Zeynalov, 57; 90


"Karvan" - "Bakı" - 0:1
Baş hakim: Anar Salmanov
Hakim köməkçiləri: Azər Əsgərov, İsgəndər Əliyev, Ceyhun Haşımov
Yevlax. Şəhər stadionu
QOL Fabio Ramim, 77


MOİK - "Muğan" - 1:3
Baş hakim: Hacıəli Ağayev
Hakim köməkçiləri: Vaqif Musayev, Elman Musayev, Zöhrab Qədiyev
Bakı. “Şəfa” stadionu
QOLLAR: İsmayıl Məmmədov 83 - Givi Çxetiani, 20;35; Sənan Qurbanov, 23


"Neftçi" - "Turan" - 1:1
Baş hakim: İmanxan Sultani
Hakim köməkçiləri: Elşən Durmuşov, İqor Şpakovski, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
QOLLAR: Marko Dafçev, 59 - Asəf Qədiri, 26

Turnir cədvəli

Komanda

o

q

h

m

t

x

1

"Bakı"

18

14

2

2

40-6

44

2

"İnter"

18

13

4

1

34-10

43

3

"Xəzər-Lənkəran"

18

11

4

3

33-13

37

4

"Simurq"

18

11

4

3

26-14

37

5

"Olimpik"

18

9

5

4

22-12

32

6

"Qarabağ"

18

9

4

5

23-18

31

7

"Standard"

18

9

2

7

18-17

29

8

"Karvan"

18

8

2

8

20-17

26

9

"Neftçi"

18

5

6

7

16-15

21

10

"Qəbələ"

18

5

5

8

19-15

20

11

"Muğan"

18

3

2

13

15-35

11

12

"Bakılı"

18

2

3

13

11-47

9

13

"Turan"

18

1

5

12

8-34

8

14

MOİK

18

1

2

15

9-40

5



Bombardirlər: Amiran Muciri (”Bakı”), İvan Svetkov (”Xəzər-Lənkəran”) - 11
0