Artim Şakiri: Ən böyük maneəni dəf etdik
13.03.2009 - 13:09
Artim Şakiri: Ən böyük maneəni dəf etdik
“Peşəkar futbolda uğurlara doymaq olmaz. Fərqli ölkələrdə titullar qazanmışam. O cümlədən, burda da nəsə qazanmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Artim Şakiri klubun rəsmi saytına açıqlamasında deyib.

Komandasının Azərbaycan kuboku uğrunda yarımfinala çıxmasında böyük əməyi olan 36 yaşlı futbolçu “Neftçi” ilə cavab görüşündə öz sözünü dedi. Hətta bir epizodda müdafiəçi kimi çıxış edən Artim rəqibin qol vurmasına imkan vermədi. “Qarabağ”da keçirilən sorğuya görə “Neftçi” ilə oyunda komandanın ən yaxşı futbolçusu seçilən Şakiri ölkəmizdə titul qazanmaq iddiasındadır: “Zənnimcə, kubok yolunda ən böyük maneəni dəf etdik”.

Qeyd edək ki, cari mövsümdən Azərbaycanda oynayan Şakiri “Qarabağ”da debüt matçında qol hesabını açıb.
0