Zeynal Məmmədov: Elə etmək lazımdır ki, nə şiş yansın, nə də kabab
13.03.2009 - 14:02
“AFFA-nın legioner limiti ilə bağlı çıxaracağı qərara hörmətlə yanaşacağıq. Sadəcə, elə etmək lazımdır ki, nə şiş yansın, nə də kabab”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Azərbaycan Premyer Liqasının lideri olan paytaxt təmsilçisinin heyətindəki futbolçuların yarıdan çoxu əcnəbidir. Hazırda komandanın iştirak ərizəsində olan oyunçulardan milliləşən braziliyalı Fabio Luis Ramimi də nəzərə alsaq, 20-si legionerdir. Məmmədov legionerlər üçün çəkilən xərcin böyük olduğunu gizlətmir: “Limitin dəyişdirilməsi maliyyə cəhətdən də problem yaradır. Ancaq klubumuz, futbolumuzun inkişafına çalışaraq, həmin xərci çəkir. Legionerlərin sifariş olunmasına 20 min manat vəsait ödəyirik. Həmin rüsum yalnız Fabio Luis Ramimə şamil edilmir ki, bu da onun milliləşməsi ilə bağlıdır”.
Vitse-prezident bildirib ki, bir sıra legionerlər klubla müqavilələri uzatmaq istəyir: “Bolqarıstanlı Stanislav Baçev, nigeriyalı Əhməd Ticani, xorvatiyalı Ernad Skuliç artıq indidən anlaşmanın müddətində maraqlıdırlar. Onların hələ bizimlə müqavilələri olsa da, peşəkar futbolçu kimi gələcək talelərini indidən aydınlaşdırmağa çalışırlar. Amma biz legioner limitinin yeni mövsüm üçün necə olacağını gözləyirik. Yenidən legionerlərə limit tətbiq olunacağı istisna deyil. Onda gərək ən yaxşılar arasında seçim edək”.
Milli komandanın baş məşqçisi Berti Foqts da legionerlərə limit qoyulmasında maraqlı olaraq, bunu yığmanın mənafeyi, yerli futbolçuların daha çox oyun praktikası qazanması baxımından çıxış edir. Məmmədovun limitlə bağlı konkret təklifi var: “Hesab edirəm ki, limit dəyişdirilərsə, “7+4” olmasının tərəfdarıyam. Yəni, meydana çıxan 11 futbolçunun 7-si əcnəbi, 4-ü yerli olsun. Fikrimcə, hər matçda 4 öz oyunçumuzun çıxış etməsi daha məqsədəuyğun olar. Özü də söhbət səviyyəli futbolçulardan gedir. Hansılar ki, milli komandamızda oynamağa layiq, beynəlxalq səviyyədə çıxış etməyə qadirdirlər”.
Qeyd edək ki, “Bakı”dan hazırda milli komandamıza üç futbolçu – Fabio Luis Ramim, Saşa Yunisoğlu və Cəmşid Məhərrəmov cəlb olunur.

0
0