Futbolçu üçüncü mərtəbədən yıxıldı
13.03.2009 - 14:08
Futbolçu üçüncü mərtəbədən yıxıldı
Ukraynanın “Metallist” klubu aparıcı futbolçularından birini itirib. Apasport.az saytının məlumatına görə, UEFA kubokunun 1/8 final mərhələsində Kiyev “Dinamo”su ilə qarşılaşan Xarkov təmsilçisi Aleksandr Rıkunun xidmətlərindən məhrum olub.

Buna səbəb futbolçunun kuryoz şəkildə xəsarət almasıdır. Belə ki, Rıkun Lvovda otelin üçüncü mərtəbəsindən yıxılıb. Çoxsaylı zədələr alan futbolçu xəstəxanaya çatdırılıb. O, elə bu səbəbdən “Dinamo” ilə Kiyevdə keçirilən ilk matçın iştirakçıları arasında yer almayıb.

Qeyd edək ki, Türkiyə təmsilçiləri “Beşiktaş” və “Qalatasaray”ı UEFA kubokunda məğlub edən xarkovlular “Cim-Bom”la növbəti mərhələlərdə də görüşə bilər.