Almaniya çempionu “Bakı”ya nə deyəcək?
13.03.2009 - 14:16
“Bakı” Almaniya çempionu ilə əməkdaşlıq edəcək. Bu barədə apasport.az saytına klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Berlinin “Herta” klubu ilə əməkdaşlıq etmələri gündəmdədir.
Bu məsələ “Bakı”nın digər vitse-prezidenti, türkiyəli Tunc Afşarın gələn həftə Almaniyaya səfərindən sonra aydınlaşacaq: “Bildiyiniz kimi, Belçika “Anderlext”i ilə əməkdaşlıq edirik. Bununla bağlı növbəti əməkdaşlıq müqaviləsinin “Herta” komandasıyla imzalanacağı gözlənilir. Buna Tunc Afşar vasitəçi olacaq. Almaniyada, Berlində çoxlu türkiyəlilər yaşayır. Avropanın aparıcı klubları ilə rəsmi əməkdaşlıqla bağlı növbəti layihələri gələcəkdə də reallaşdırmağa çalışacağıq”.
Qeyd edək ki, “Herta” vaxtilə iki il dalbadal (1930 və 1931) Almaniya çempionu olub. Hazırda Bundesliqanın lideri olan Berlin təmsilçisi ən yaxın izləyicisi olan “Bavariya”nı 4 xal qabaqlayır.

0
0