Mətbuat klub prezidentini istefaya göndərdi - FOTO
14.03.2009 - 13:26
Almaniyanın “Verder” klubunun prezidenti Yurgen Born istefa verib. Apasport.az saytının məlumatına görə, Bornun bu addımı atmasına səbəb mətbuat tərəfindən maliyyə fırıldaqlarında ittiham olunmasıdır. Almaniya KİV-ində onunla bağlı bir sıra materiallar dərc edilib. Yazılarda prezidentin vəzifəsindən sui-istifadə etdiyi bildirilir.
Almaniyalı jurnalistlərin əldə etdikləri məlumatlara görə, Born futbolçuların agenti ilə işbirliyinə girərək, onlardan pul alırmış. Bununla da o, yeni transferlərdən qazanc götürürmüş. Ancaq Born mətbuatın haqqında yazdıqlarını təkzib edib: “Mən heç vaxt “Verder”in hesabına gəlir əldə etməmişəm. Ancaq mətbuatda yazılanları nəzərə alaraq, istefa verdim. Komandanın nüfuzuna xələl gətirməmək üçün postunu tərk etməli olursan”.
Qeyd edək ki, Almaniya çempionu olan “Verder” hazırda UEFA Kubokunun 1/8 final mərhələsində mübarizə aparır.

0
0