“Yalançı”, rədd ol “İnter”dən!”
14.03.2009 - 14:06
“Yalançı”, rədd ol “İnter”dən!”
İtaliyanın “İnter” klubunun azarkeşləri baş məşqçi Joze Maurinyonu istefaya səsləyiblər. Apasport.az saytının məlumatına görə, komandanın məşq bazasına gələn bir qrup fanat 46 yaşlı portuqaliyalı mütəxəssisə narazılıqlarını bildiriblər. Onları buna sövq edən isə “İnter”in Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırmasıdır.

Maurinyonun komandası nüfuzlu turnirdə İngiltərənin “Mançester Yunayted” klubuna uduzub (0:0 və 0:2). “İnter”in fanatları bazada “Yalançı, rədd ol “İnter”dən” yazılan lövhələr nümayiş etdiriblər.

İndi klub rəhbərliyinin buna necə reaksiya verəcəyi maraqla gözlənilir. Axı, “İnter” rəsmiləri ötən yay Maurinyonu baş məşqçi postuna Avropanın ən nüfuzlu turnirində uğur qazanmaq üçün dəvət etmişdilər.
0