Əsgər Abdullayev avrokuboklara vəsiqə iddiasındadır
14.03.2009 - 22:08
Əsgər Abdullayev avrokuboklara vəsiqə iddiasındadır
"Meydana xal qazanmaq üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatdıq". Apasport.az saytının görə, bu sözlər “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayevə məxsusdur.

"Xəzər-Lənkəran"la matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev bildirib ki, avrokuboklara vəsiqə qazanmaq üçün sonadək mübarizə aparacaqlar: "Uşaqlar onlara verdiyim tapşırıqları artıqlamasıyla yerinə yetirdilər. Düzdür, qələbə qazanmaq istəyirdik. Amma "Xəzər-Lənkəran" kimi komanda ilə səfər oyununda 1 xal qazanmaq heç də pis nəticə deyil. Çalışacağıq ki, qarşıdakı turlarda da uğurlu çıxış edib, avrokuboklara vəsiqə qazanaq".
0