Löv Azərbaycanla Rusiya yığmasını fərqləndirmir
15.03.2009 - 00:00
Löv Azərbaycanla Rusiya yığmasını fərqləndirmir
“Çoxları Almaniya və Rusiyanı qrupun favoriti hesab edir. Ancaq mən bu fikirlərlə razı deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

Dünya çempionatının seçmə qrup mərhələsində millimizlə də qarşılşacaq Bundestimin çalışdırıcısı bildirib ki, yer aldıqları qrupda zəif komanda yoxdur: “Düşünürəm ki, yer aldığımız qrupda zəif komanda yoxdur. Buna görə də oyunları bir-birindən fərqləndirmək olmaz”.

Heyətlə bağlı da fikrilərini səsləndirən Löv yaxın vaxtlarda ciddi dəyişikliklərin olacağını istisna etməyib: “Heyətdə Yens Lemann, Kristof Metzelder, Torsten Frinks və Mixael Ballak kimi təcrübəli futbolçular var. Amma milli komanda təkcə onlardan asılı deyil. Gənclərə də şans verməyin vaxtı çatıb. Bu mənada, yaxın gələcəkdə heyətdə köklü dəyişikliklər görsəniz, təəccüblənməyin”.
0