Hiddink Azərbaycanla görüşə 22 futbolçu çağırdı
16.03.2009 - 14:56
Hiddink Azərbaycanla görüşə 22 futbolçu çağırdı
Rusiya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 28-də Azərbaycanla keçirəcəyi rəsmi oyuna heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink milli komandamızla Moskvadakı “Lujniki” stadionunda keçirəcəyi görüşə 22 futbolçu çağırıb.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Vladimir Qabulov (“Dinamo”), Vyaçeslav Malofeyev (“Zenit”).

Müdafiəçilər: Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı MOİK), Denis Kolodin (“Dinamo”), Renat Yanbayev (“Lokomotiv”).

Yarımmüdafiəçilər: Yuri Jirkov (MOİK), Diniyar Bilyaletdinov, Dmitri Torbinski (“Lokomotiv”), İqor Denisov, Konstantin Zıryanov, İqor Semşov (hamısı “Zenit”), İvan Sayenko (“Spartak”), Alan Dzaqoyev (MOİK), Sergey Semak (“Rubin”).

Hücumçular: Pavel Poqrebnyak (“Zenit”), Andrey Arşavin (“Arsenal”, İngiltərə) Roman Pavlyuçenko (“Tottenhem”, İngiltərə), Dmitri Sıçev (“Lokomotiv”).

Göründüyü kimi, heyətin böyük əksəriyyəti ötən yay Avropa çempionatının bürünc mükafatını qazananlardır. Bunlardan yalnız Poqrebnyak, Denisov və Dzaqoyev həmin heyətdə yer almamışdı.

Qeyd edək ki, Rusiya bu heyətlə növbəti oyununu milli komandamızla görüşdən üç gün sonra – aprelin 1-də səfərdə Lixtenşteyn yığması ilə keçirəcək.
0