Pavel Poqrebnyak: Azərbaycan yığmasının səviyyəsi aşağıdır
16.03.2009 - 15:18
Pavel Poqrebnyak: Azərbaycan yığmasının səviyyəsi aşağıdır
“Əlbəttə ki, Azərbaycan və Lixtenşteyn yığmalarının səviyyəsi aşağıdır. Ancaq bu, bizə arxayınlaşmağa əsas vermir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Pavel Poqrebnyak deyib.

Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən hücumçu martın 28-də Azərbaycan, aprelin 1-də isə Lixtenşteyn yığmaları ilə oyunlar ərəfəsində FİFA-nın rəsmi saytına müsahibə verib. Poqrebnyak yığmamızla qarşıdakı görüşə ciddi yanaşmalı olduqlarını vurğulayıb: “İndiyədək dəfələrlə görmüşük ki, zəif rəqibi məğlub etmək nə qədər çətinliklə başa gəlir. Elə bu səbəbdən də rəqibləri güclü və zəiflərə bölməməliyik. Sadəcə, meydana çıxıb qələbə qazanmaqla, maksimum xal toplamalıyıq”.

Qeyd edək ki, Pavel Rusiya milli komandasının bürünc medal qazandığı 2008-ci il Avropa çempionatına aparılsa da, zədə üzündən son anda heyətdən kənarlaşdırılıb.
0