Ballak “Çelsi”dən uzaqlaşdırılır
16.03.2009 - 15:46
Ballak “Çelsi”dən uzaqlaşdırılır
Roman Abramoviç sahibi olduğu “Çelsi” klubunda islahatlara başlayır. Apasport.az saytının məlumatına görə, rusiyalı milyarder cari mövsüm bitəndən sonra futbolçuların kütləvi satışını reallaşdıracaq. Abramoviç yaşı 30-u keçən və əsas heyətə nadir hallarda düşən futbolçulardan bu yay canını qurtarmaq fikrindədir.

Bunlar konkret olaraq qapıçı İlariu, müdafiəçilər Paulu Fereyra, Julian Belletti, Branislav İvanoviç, yarımmüdafiəçilər Mikael Ballak, Florian Maluda, Deku, hücumçular Didye Droqba, Salomon Kaludur.

“Çelsi”də yaşlı futbolçular yalnız müdafiəçi Rikardo Karvalyo ilə Frenk Lempard (hər ikisinin 31 yaşı var) toxunulmaz qalacaq. Abramoviçin islahatlarına səbəb odur ki, komandası artıq üçüncü ildir çempionluq titulunu əldən buraxır. Bunu pis hal hesab edən rusiyalı iş adamı heyəti yeniləşdirməyin vaxtının çatdığı düşünür. Abramoviç veteranların satışından əldə olunacaq maliyyə vəsaitinə bir neçə gənc ulduz futbolçu almağı qərara verib.
0