Turan meydançada huşunu itirdi – FOTO
16.03.2009 - 16:47
Futbol meydançalarında daha bir xoşagəlməz hal yaşanıb. Apasport.az saytının məlumatına görə, hadisə Türkiyənin 2-ci liqasında “Konya Şəkərspor” və “İstanbulspor” arasında keçirilən matçda baş verib.
Qarşılaşmanın birinci hissəsinin sonlarında “Konya Şekerspor”un üzvü Hakan Turan komanda yoldaşı, qapıçı Əmrəhan Ceylanla toqquşub. Bu an Hakanın çənəsi kilidlənib və nəfəs alması çətinləşib. Nəticədə futbolçu huşunu itirərək, yerə yıxılıb. İlkin tibbi yardımdan sonra Hakan özünə gəlib. Onu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparıblar. Turan müalicə aldıqdan sonra evə buraxılıb.
Oyun isə “Konya Şəkərspor”un 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, “İstanbulspor”u Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy çalışdırır.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0