Tarixə düşdün, Musayev!
16.03.2009 - 16:51
Tarixə düşdün, Musayev!
Azərbaycan Premyer Liqasının XVIII turunda “Xəzər-Lənkəran”la oyun “Olimpik”in futbolçusu Samir Musayev üçün əlamətdar olub. Apasport.az saytının hesablamalarına görə, 30 yaşlı hücumçu ölkə çempionatının güclülər dəstəsində 250-ci matçına çıxıb.

Yubiley qarşılaşmasında start heyətində yer alan Musayev Premyer Liqada U-18 (22 oyun), “Şəfa” (33 oyun), “Araz” (8 oyun), “Dinamo”, (67 oyun), “Bakı” (5 oyun) “Qarabağ” (85 oyun), “Simurq” (10 oyun) və “Olimpik”in (20 oyun) formasında 250-yə çatıb.

Azərbaycan milli komandasının sabiq futbolçusu Premyer Liqa tarixində bu göstəriciyə çatan 25-ci, hazırda karyerasını güclülər dəstəsində davam etdirən oyunçular arasında isə bu həddə çatan 13-cü futbolçu oldu. Arxada qalan tur daha bir futbolçu üçün də əlamətdar olub. Elə həmin oyunda əks tərəfdə meydana çıxan Ruslan Poladov Premyer Liqada 100-cü qarşılaşmaya çıxıb.
0