“Bakı”nın daha bir futbolçusu milli komandada
16.03.2009 - 17:37
“Bakı”ının hücumçusu Bəxtiyar Soltanov Azərbaycan yığmasına çağırılıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Soltanov 21 yaşlılardan ibarət milli komandamızın (U-21) martın 22-dən 29-dək keçirəcəyi təlim-məşq toplanışına qatılacaq. Martın 22-də Bakıda bir araya gələcək komandamız ertəsi gün Gürcüstana yollanacaq.
Bir həftə davam edəcək toplantı çərçivəsində iki yoldaşlıq görüşünün keçirəcəyi gözlənilir. Həmvətənlərimiz martın 26-da və 28-də gürcü həmyaşıdları ilə qüvvəsini sınayacaqlar. Gürcüstanın U-21-nin baş məşqçisi ötən il Bakının “Standard” klubunu çalışdıran və qış fasiləsində istefa verən 41 yaşlı gürcü mütəxəssis Kaxaber Sxadadzedir.
Qeyd edək ki, “Bakı”nın üç futbolçusu – Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov və braziliyalı Fabio Luis Ramim də əsas yığmaya çağırılıb.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0