AFFA Rusiya - Azərbaycan oyununda həmvətənlərimizə 5 min pulsuz bilet paylayacaq
16.03.2009 - 17:44
Azərbaycan milli komandasının Rusiya ilə keçirəcəyi oyununu bu ölkədə yaşayan 5 min həmvətənimiz pulsuz izləyə bilər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiyanın maliyyə vəsaiti hesabına Rusiya Futbol İttifaqından 5 min bilet alınıb və Rusiyada yaşayan həmvətənlərimizə çatdırılmaq üçün Azərbaycanın bu ölkədəki səfirliyinə verilib.
Bu addım Moskvanın “Lujniki” stadionunda keçiriləcək Azərbaycan – Rusiya oyununda millimizin azarkeş dəstəyinin yüksək səviyyədə təşkil olunması məqsədilə atılıb.
Rusiyada yaşayan azərbaycanlılar səfirliyə müraciət etməklə, milli komandamızın matçına pulsuz bilet əldə bilərlər. Bununla yanaşı, Moskva şəhərində biletlərin paylanma məntəqələri barədə də səfirlikdən məlumat almaq olar. AFFA rəhbərliyi Rusiyada yaşayan həmvətənlərimizi milli komandamıza dəstək olmağa çağırır.
Qeyd edək ki, martın 28-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

- "Fənərbaxça" Emre Belözoğlu ilə danışıqlara başladı - YENİLƏNİB
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
0
0