“Muğan” baş məşqçi məsələsini həll etdi
17.03.2009 - 00:00
“Muğan” baş məşqçi məsələsini həll etdi
Nadir Qasımov cari mövsümün sonunadək Salyanın “Muğan” klubunun baş məşqçisi olacaq. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. Onun sözlərinə görə, təyinat bu günlərdə rəsmiləşəcək.

“Muğan” ikinci dövrənin ikinci turu çərçivəsində Zaqatalada yerli “Simurq”la səfər oyunundan (0:2) sonra istefa verən Vladislav Qədirovu Qasımovla əvəzlədi. Şirəliyevin bildirdiyinə görə, qış fasiləsində kluba məsləhətçi kimi dəvət olunan bu mütəxəssis etimadı doğruldur: “Qasımov cari mövsümün sonuna qədər komandamızı çalışdıracaq. Biz baş məşqçi ilə bağlı məsələdə son qərarımızı MOİK-lə oyundan sonra verməyi daha məqsədəuyğun saydıq. Bu görüşün də nəticəsini gözləməyi bildik və Qasımov “Turan” kimi, MOİK üzərində də qələbə qazandı. O, komandamızın belə çətin vaxtında məsuliyyətin altına girərək, ümidləri doğrultdu. Premyer Liqada mövsümün sonuna 8 tur qalıb və baş məşqçi ilə bağlı seçim edilməyəcək. Çempionatın sonuna az qalmış əcnəbi mütəxəssisin gətirilməsi elə də effekt verməyəcək”.
0