“Komandamızın səviyyəsi də getdikcə artır”
17.03.2009 - 00:06
“Komandamızın səviyyəsi də getdikcə artır”
“AFFA-nın son qərarı çıxarılmamışdan öncə də məqsədimiz Premyer Liqada qalmaq idi. Sadəcə, format dəyişdirildikdən sonra bunu reallaşdırmaq imkanlarımız daha da yaxşılaşdı”. Bunu apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Vitse-prezidentin AFFA-nın konfransında çıxarılan qərardan sonra güclülər dəstəsində yerlərini qoruyacaqlarına inamı daha da artıb: “Premyer Liqada debüt mövsümü keçirməyimizə baxmayaraq, yerimiz qorumağa iddialıyıq. Əsas rəqiblərimiz olan “Turan”la MOİK-i məğlub etmişik ki, bu da şəxsi oyunlarda bizə əlavə üstünlük verir. Hazırda qərarlaşdığımız 11-ci, həmçinin 12-ci pillə də Premyer Liqada yerimizi qorumağa imkan verir. Komandamızın səviyyəsi də getdikcə artır. Artıq Premyer Liqada qalmaq şanslarımız xeyli artıb”.

Qeyd edək ki, “Muğan” Premyer Liqada qalmaq uğrunda mübarizə aparan 4 komanda arasında ən yaxşı göstəriciyə malikdir.
0