Kazbek Tuayev gələcəyə inanır
16.03.2009 - 18:45
Kazbek Tuayev gələcəyə inanır
“2008-ci il Azərbaycan futbolunda inkişaf tendensiyası, nəzərə çarpan dirçəliş əlamətləri ilə tarixə qovuşub. Ölkə futbolunda baş verən yeniliklərin yeni futbolçu nəslinin yetişməsində mühüm rol oynayacağına ümid edirəm”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən 69 yaşlı veteran futbolçu bildirib ki, assosiasiyanın seçdiyi strategiya düzgündür: “AFFA rəhbərliyinin həyata keçirdiyi bu işləri dəstəkləyirəm. Qoyulan bu təməlin qarşıdakı illərdə futbolumuzun inkişafına müsbət təsir göstərəcəyinə əminəm. Həyata keçirilən islahatların, görülən işlərin davam etdirilməsinin tərəfdarıyam. Azərbaycan futbolunun gələcəyinə inanıram”.
0