Cahangir Hacıyev nədən razıdır?
16.03.2009 - 18:51
Cahangir Hacıyev nədən razıdır?
“Son vaxtlar AFFA-nın fəaliyyəti xeyli güclənib. Premyer Liqanın səviyyəsi yüksəlib, çempionluq uğrunda mübarizəyə qoşulan klubların sayı artıb. Amma məni daha çox razı salan uşaq futboluna münasibətin dəyişməsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Bakı Futbol Federasiyasının prezidenti Cahangir Hacıyev deyib.

Qurumun son bir ildəki fəaliyyəti ilə bağlı fikirlərini açıqlayan Hacıyev Futbol akademiyasının açılmasını qabartmağı vacib sayıb: “AFFA-nın Futbol Akademiyasının açılması böyük əhəmiyyət kəsb edir. Bakı Futbol Federasiyasının fəaliyyətinin əsas istiqaməti də uşaq futbolunun inkişafına yönəldilib. Dörd yaş qrupu üzrə yüksək səviyyədə keçirilən “Sabahın ulduzları” paytaxt çempionatı möhtərəm prezidentimiz İlham Əliyevin imzaladığı Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsinə layiqli töhfədir. Bakı Futbol Federasiyasının UEFA-nın və AFFA-nın xüsusi diplomları ilə təltif olunması fəaliyyətimizə verilən yüksək qiymətin ifadəsidir”.
0