Mahir Məmmədov: Görülən işlər AFFA-nın düzgün siyasət yeritdiyini təsdiqləyir
16.03.2009 - 19:01
Mahir Məmmədov: Görülən işlər AFFA-nın düzgün siyasət yeritdiyini təsdiqləyir
“AFFA rəhbərliyi tərəfindən ölkəmizdə futbolun inkişafı naminə bir il ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində bir sıra yüksək uğurlar qazanılıb”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, ilk dəfə respublikamızda çimərlik futbolu üzrə komandalar yaradılıb və müxtəlif turnirlər təşkil olunub: “Bu futbol növü üzrə ilk stadion tikilib, 52 komandanın iştirakı ilə ölkə çempionatı keçirilib, milli yığma komanda yaradılıb və “Avropa Kuboku”nun final oyunları Bakıda təşkil olunub. Futzal üzrə ölkə çempionatında iştirak edən komandaların sayı xeyli artıb, millimiz daha böyük qələbələr qazanıb. II Beynəlxalq Bakı Futzal Turniri keçirilib və yığmamız turnirin qalibi olub. 19 yaşadək qızlardan ibarət milli komandamız Avropa çempionatının elit raund mərhələsinə qrup lideri kimi keçib. Bütün bunlar assosiasiya rəhbərliyinin düzgün siyasət yeritdiyini və futbolun inkişafına dair Dövlət Proqramına əməli işi ilə cavab verdiyini bir daha təsdiqləyir”.
0