Mirkamil Rəhimov: Milli komandaların təlim-məşq toplanışlarının keyfiyyəti artıb
16.03.2009 - 19:03
Mirkamil Rəhimov: Milli komandaların təlim-məşq toplanışlarının keyfiyyəti artıb
“2005-2015-ci illərdə ölkədə futbolun inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı paytaxtla yanaşı, regionlarda da çox işlər görülmüşdü. AFFA-nın xətti ilə əməli tədbirlər bu gün də həyata keçirilməkdədir”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü Mirkamil Rəhimov deyib.

O, İK-da təmsil olunmaqla yanaşı, Uşaq və Gənclər Futbol Federasiyasına rəhbərlik edir. AFFA-nın rəsmi saytına açıqlama verən Rəhimov görülən işlərdən razı qalıb: “AFFA İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti kimi qeyd etmək istərdim ki, ötən bir il ərzində assosiasiyanın İcraiyyə Komitəsi və rəhbərlik öz üzərlərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirib. Respublikada uşaq futbolunun inkişafı naminə ötən bir il ərzində AFFA Gənclər və İdman Nazirliyi ilə birgə müxtəlif yaş qrupları üzrə birincilik və çempionatlar keçirmiş, təlim-məşq proseslərinin daha yaxşı və keyfiyyətli keçirilməsi üçün regionlara futbol topları, geyim dəstləri paylanmış, milli komandaların təlim-məşq toplanışlarının keyfiyyəti artmışdır. Futzal, qadın, çimərlik və əlil futbol komandalarının problemləri də nəzərdən yayınmamış, il ərzində onlara lazımi köməkliklər göstərilmişdir”.
0