“Bakı” cari mövsümdə ilk titulunu qazandı
17.03.2009 - 15:21
“Bakı” cari mövsümdə ilk titulunu qazandı
Azərbaycan çempionu və kubokun sahibi olan “Bakı” klubu cari mövsümdə ilk titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, komanda paytaxtı təmsil edən Premyer Liqa klublarının nəzdindəki 17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunan “Paytaxt kuboku”nun sahibi olub. Bu gün “Şəfa” stadionunda keçirilən final oyununda “Bakı” “İnter”i 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Bakı” ilə “İnter”in əsas komandaları Premyer Liqanın qalibi uğrunda mübarizə aparırlar. Mövsümün sonunu 8 tur qalmış lider olan “Bakı” “İnter”i 1 xal qabaqlayır.
0